Rusiya qırıcıları Xəzərdə uçuşlara başladı

Rusiya qırıcıları Xəzərdə uçuşlara başladı
  29 Avqust 2016    Oxunub:4760
Rusiya Qara dəniz donanmasının dəniz aviasiyası qoşunların qəfil döyüş hazırlığının yoxlanılması tədbirləri ilə əlaqədar Qara və Xəzər dənizi hövzələrində kəşfiyyat uçuşları aparır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qara dənizdə hərbi təyyarələr şərti düşmənin sualtı qayıqlarının axtarışı, izlənməsi və onun su üzərinə çıxmasına məcbur edilməsinə dair tapşırıqları həyata keçirib. Təlimlərdə Şimal donanmasının dəniz aviasiyasına məxsus “İl-38” və “Tu-142” təyyarələri iştirak edir. Təlim çərçivəsində təyyarələr Cənub Hərbi dairəsinin aerodromlarında dislokasiya olub”, - deyə məlumatda bildirilir.

Ümumilikdə axtarış tədbirlərində 30-dan çox təyyarə iştirak edir. Onlar 3 min kilometrdən artıq məsafə uçublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti