Rusiya ilə hərbi əməkdaşlıq müzakirə edilib

Rusiya ilə hərbi əməkdaşlıq müzakirə edilib
  27 Sentyabr 2016    Oxunub:1112
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Hava Kosmik Qüvvələr komandanı general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti