Rusiya azərbaycanlıları ölkəyə buraxmır

Rusiya azərbaycanlıları ölkəyə buraxmır
  21 Noyabr 2014    Oxunub:2428
Rusiyada 3 milyon əcnəbi vətəndaş qanunsuz işləyir.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, indi Rusiyada 9 milyon əcnəbi vətəndaş var, onların 2,9 milyonu isə qanunsuz olaraq ölkədə çalışır.

Miqrasiya Xidmətinin sədri Konstantin Romodanovski qeyd edib ki, həmin insanların çoxu keçmiş Sovet ölkələrinin vətəndaşlarıdır. Onun sözlərinə görə, miqrantların 45%-i Moskva və Sankt Peterburq şəhərləri, eləcə də ətrafında yaşayırlar.

Məlumata görə, Rusiya Federal Miqrasiya Xidməti 2014-cü ildə 1,1 milyon əcnəbinin ölkəyə girişinə qadağa qoyub. Bunlar arasında Özbəkistan, Tacikistan, Qırğızıstan və eləcə də Azərbaycan vətəndaşları da var.

Sevinc Iltifatqızı



Teqlər:





Xəbər lenti