Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Rusiya Xəzərdə hərbi təlimlərə başladı
  09 Fevral 2016    Oxunub:1762
Rusiyanın hərbi gəmiləri Cənub Hərbi Dairəsi qoşunlarının döyüş qabiliyyətliliyin yoxlanılması çərçivəsində Qara və Xəzər dənizlərində şərti düşmənin sualtı qayıqları və minaların axtarışı üzrə tapşırıqları yerinə yetirirlər.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Gəmi zərbə qrupları şərti düşmənin sualtı qayıqlarının axtarışı və aşkarlanması tapşırıqlarını yerinə yetirirlər. Təminat gəmiləri qüvvələrin dənizdəki hərəkətinin təmin olunması üçün hazır vəziyyətə gətirilib”, - deyə məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti