Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı

Rusiya Xəzər dənizində hərbi fəallığını artırdı
  31 May 2016    Oxunub:2127
Qara Dəniz və Xəzər donanmaları gəmilərinin dəniz səfərlərinin intensivliyi 1,7 dəfə artıb.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Qara Dəniz və Xəzər donanmasının gəmiləri 2016-cı ildə dənizdə hərbi-təlim tapşırıqlarını yerinə yetirərkən 197 min mil (366 min km) məsafə qət ediblər. Gəmilərin və sualtı qayıqların dənizdə keçirdikləri vaxt isə 2,3 min sutkadan artıq olub ki, bu da ötən ilin göstəricilərindən 1,7 dəfə artıqdır”, - məlumatda vurğulanılır.

Şəxsi heyətin hərbi hazırlığının intensivliyi Qara dəniz və Xəzər donanmalarına yeni gəmilərin və sualtı qayıqların daxil olması ilə mümkün olub. Bu həmçinin yeni silahlanma və hərbi texnikanın istifadəsilə hərbi əməliyyatların aparılmasında yeni üsulları tətbiq etməyə imkan verib.

Dəniz təlimlərində hərbçilər 470-dən çox hərbi tapşırıq yerinə yetirib. Onların sırasında 300-dən çox artilleriya və raket atışı və 150 mina-tral hərbi əməliyyat yer alır, bu isə keçən təlimlərin göstəricilərindən 40% artıqdır. Bununla yanaşı praktiki hərbi təlimlərin yerinə yetirilməsinin intensivliyi 1,5 dəfə artırb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti