Rusiya Türkiyəyə nota verdi

Rusiya Türkiyəyə nota verdi
  25 Noyabr 2015    Oxunub:8022
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin Moskvadakı səfiri Ümid Yardımı nazirliyə çağırıb.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, səfirə “Su-24” təyyarəsinin vurulması ilə bağlı Rusiyanın etiraz nota sənədi təqdim edilib. Türkiyənin səfirinə Rusiyanın təyyarəsi ətrafında yaranmış hadisə ilə bağlı ciddi xəbərdarlıq və etiraz edilib.

Rusiya Müdafiə Nazirliyi Türkiyə-Suriya sərhədində “Su-24” təyyarəsinin vurulması ilə əlaqədar ikinci dəfə açıqlama verib. Nazirlik təyyarənin vurulmasını yalnış addım adlandırıb.

Nazirlik rəsmisi həmçinin, oxşar vəziyyətdə qarşı tərəfə veriləcək qarşılıq barədə layihə hazırlandığını vurğulayıb. Açıqlamada Türkiyənin hərbi attaşesinə rəsmi etiraz notası verildiyi bildirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus “Su-24” döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları tərəfindən vurulub.

AzVision.az




Teqlər:  





Xəbər lenti