Rusiya Suriya sazişinin mətnini yaydı
“ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”, - deyə məlumatda bildirilir.
Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib.
Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.
“Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib”, - deyə XİN qeyd edib.
Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş sentyabrın 9-da əldə olunub. (Apa)
AzVision.az