Rusiya Misirə uçuşları bərpa edir

Rusiya Misirə uçuşları bərpa edir
  26 Sentyabr 2016    Oxunub:1152
Misir KİV-lərinin ölkənin Mülki Aviasiya Nazirliyindəki məlumatlı mənbələrə istinadla yaydığı xəbərlərə görə, Rusiya və Misir arasında aviareyslər oktyabrda bərpa oluna bilər.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, tərəflər oktyabrda aviareyslərin mərhələli şəkildə bərpası haqqında razılığa gəliblər. Misir aviasiyanın rəhbərləri iki ölkə arasında aviareyslərin yenilən başlanması və uçuşların təhlükəsizliyin təmin olunması məsələlərində rusiyalı həmkarları ilə sıx əməkdaşlıq edir.

İlk növbədə Qahirə ilə Moskva arasında reyslərin bərpa olunması nəzərdə tutulur. Bu reyslər Qahirə aeroportunun yeni terminalından yerinə yetiriləcək. Sonra Hurqada və Şarm-əş-Şeyx kurort şəhərləri ilə müntəzəm aviareyslərin bərpasına başlanacaq.

Xatırladaq ki, 2015-ci il oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx kurortundan Sankt-Peterburqa uçan Rusiyaya məxsus A321 avialayneri Sinay səmasında qəzaya uğramışdı. Təyyarədəki 217 sərnişinin və yeddi heyət üzvünün hamısı həlak olmuşdu. Bu hadisədən sonra Misirlə Rusiya arasında aviasiya rabitəsi kəsilib.

AzVision.az


Teqlər:





Xəbər lenti