Rusiya Ermənistana silah göndərməyə başladı

Rusiya Ermənistana silah göndərməyə başladı
  29 İyun 2016    Oxunub:1929
Rusiya Ermənistana silah tədarükünə başlayıb.
AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistana ayırdığı 200 milyon dollar kredit çərcivəsində olan silahları göndərməyə başlayıb.

O bildirib ki, silahların çatdırılması üçün hazırlıq işləri aparılıb: "Silahların bir hissəsin artıq təyinat yerinə çatdırılmasına başlanılıb".

Xatırladaq ki, ötən ilin iyul ayında Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.

Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan “TOS-1A” sistemlərini, idarəedilən “9M113M” raketlərini, “RPQ-26” qumbaraatanlarını, “Draqunov” snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndis və rabitə vasitələrini alacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti