Rusiya Ərdoğana Osmanlının sonun xatırlatdı

Rusiya Ərdoğana Osmanlının sonun xatırlatdı
  04 May 2016    Oxunub:4017
Türkiyə rəhbərliyi Osmanlı İmperiyasını bərpa etməyi arzulayır, lakin onlar imperiyanın necə süqut etdiyini unudurlar.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Belə təəssürat yaranır ki, Türkiyə rəhbərliyi Osmanlı İmperiyasının əvvəlki gücünü qaytarmaq istəyir. Hər halda onların hazırda yürütdüyü müasir siyasətin bütün komponentləri məhz bu təəssüratı formalaşdırır. Osmanlı İmperiyasının sonunu isə biz hamımız yaxşı bilirik”, -deyə Zaxarova qeyd edib.

Diplomat qeyd edib ki, Rusiya bütün vasitələrlə danışıqlar masasında rəsmi Ankara ilə fikir ayrılıqlarını aradan qaldırmağa cəhd edib. Lakin bu danışıqlar Türkiyə rəhbərliyinə görə dalana dirənib: “İstənilən məsələdə - Krım, Suriya, qaçqınlar, terrorizm və s biz Türkiyə rəhbərliyinin destruktiv rolunu görürük”.

Zaxarova, eyni zamanda qeyd edib ki, yaxın vaxtlarda rəsmi Ankaranın bu məsələ ilə bağlı mövqeyinin dəyişməsini gözləməyə dəyməz. Çünki Türkiyə tərəfi vəziyyəti gərginləşdirir. Onun sözlərinə görə, Moskva bu məsələdə konstruktiv mövqe tutur: “Biz ideal deyilik, lakin biz işləməyə hazırıq və dünya birliyində narahatlığa səbəb olan məsələlər üzərində işləyərək. Biz mövqeyimizi anladırıq. Biz bunun üçün bütün qanunu metodlardan istifadə edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti