Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi
  29 Aprel 2016    Oxunub:3014
Rusiyanın Azərbaycandakı səfirliyi Rusiyanın “Palflot-2” tankerinin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib.
AzVision.az xəbər verir ki, səfirlikdən Report-a verilən məluamat görə, onlar Xəzər dənizində yanan tankerin xilas edilməsində iştiraka görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Dəniz Administrasiyasına və “Xəzər dəniz gəmiçiliyi" QSC-yə öz təşəkkürünü bildirib.

“Qəzanın öhdəsindən operativ şəkildə gəlməkdə yardımçı olan azərbaycanlı mütəxəssislərin vaxtında və fədakar köməyini yüksək qiymətləndirən səfirlik bu addımı dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir”, - səfirliyin Azərbaycan XİN-ə göndərdiyi məktubda yazılıb.

Qeyd edək ki, Rusiyanın “Palflot-2” tankerində aprelin 23-də Xəzər dənizində Türkmənistan ərazi sularında yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb, digər 10 ekipaj üzvü isə hadisə yerinə vaxtında yardıma gələn Azərbaycan xilasediciləri tərəfindən evakuasiya edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti