Rusiya Azərbaycana gələn yumurtaya qadağa qoydu

Rusiya Azərbaycana gələn yumurtaya qadağa qoydu
  27 Yanvar 2015    Oxunub:3264
Rusiya öz ərazisi üzərindən Ukraynadan Azərbaycana və Özbəkistana göndərilən 300 min yumurta və 30 ton süd məhsullarının tranzitinə qadağa qoyub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Baytar və Fitosanitar Nəzarəti Federal Xidməti məlumat yayıb.

Yayılan məlumatlara görə, qurumun Bryansk və Smolensk vilayətləri üzrə idarənin əməkdaşları baytarlıq sənədlərinin qeyri-dəqiq və yanlış rəsmiləşdirilməsini əsas gətirərək yükləri saxlayıb.

Yüklər "Troyebortnoye" (Ukrayna tərəfindən "Baçevsk" buraxılış məntəqəsi) avtomobil buraxılış məntəqəsində saxlanılıb və Ukrayna ərazisinə geri qaytarılıb.

Eldar TANRIVERDİYEV


Teqlər:  





Xəbər lenti