Rusiya AŞPA-nı boykot etdi

Rusiya AŞPA-nı boykot etdi
  29 Yanvar 2015    Oxunub:1767
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: “Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”
APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov deyib.

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.

V. Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”.


Teqlər:  





Xəbər lenti