Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər

Rusiya ABŞ-a qarşı iddia qaldıra bilər
  17 Aprel 2014    Oxunub:897
Rusiya ölkə banklarına sanksiyalar tətbiq etdiyi üçün ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırılması imkanını öyrənir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Dövlət Dumasında bildirib.
O, qeyd edib: "ÜTT bizə əlavə imkanlar verir ki, indi biz Cenevrədə Ümumdünya Ticarət Təşkilatının sammitində onların Rusiya banklarına tətbiq etdikləri sanksiyalara görə ABŞ-a qarşı iddia qaldırılması imkanlarını müzakirə edək".
Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Aİ RF-yə qarşı bir sıra fərdi sanksiyalar tətbiq ediblər. Rusiyalı məmurlarla yanaşı, sanksiyalar siyahısına iş adamı Yuri Kovalçuk, eləcə də onun şəriki olduğu "Rusiya" bankı da düşüb.


Teqlər:





Xəbər lenti