Rusiya kəşfiyyatı interneti nəzarətə alır

Rusiya kəşfiyyatı interneti nəzarətə alır
  25 Oktyabr 2013    Oxunub:1222
Rusiyanın Federal Təhlükəsizlik Xidməti internet istifadəçilərinin məlumatlarına birbaşa və tam giriş əldə etməyə çalışır.
Azvision.az-ın “Komersant” qəzetinə istinadən verdiyi məlumata görə, artıq xüsusi xidmət orqanları layihəni Rabitə Nazirliyi ilə razılaşdırıblar. 1 iyul 2014-cü ildən etibarən Rusiya ərazisində yerləşən bütün internet provayderlər öz şəbəkələrində 12 saatdan az olmayaraq internet trafikinin yazılması və qorunması üçün xüsusi avadanlıqlar quraşdırmalıdırlar. Bununla da FTX bütün yazılara tam nüfuz edə biləcək.

Nəzarət altına həmçinin telefon nömrələri, İP-ünvanlar, sosial şəbəkələrdə istifadə olunan elektron poçtlar da düşəcəklər.

Ölkədə fəaliyyət göstərən operatorlar bu addımın Konstitusiyaya zidd olduğunu açıqlayıblar. Vimpelkom (Bilayn brendi) şirkəti layihəyəyə etirazını Rabitə nazirliyinə məktub yazmaqla bildirib.

Layihənin hazırlanmasına baxmayaraq, hələ də heç bir rəsmi həddən artıq baha olan bu cür avadanlıqların alınması üçün xərci hansı tərəfin çəkəcəyini açıqlamayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti