Rusiya XİN Azərbaycanla bağlı məlumat yayacaq

Rusiya XİN Azərbaycanla bağlı məlumat yayacaq
  22 Fevral 2017    Oxunub:1943
Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.

AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Qurum rəsmisi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi bu tarixə böyük önəm verir. “Bununla bağlı yaxın vaxtlarda Rusiya XİN-in saytında iki ölkə arasındakı münasibətlərə dair geniş məlumat yerləşdiriləcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti