Rusiya-Türkiyə sammiti ləğv edildi

Rusiya-Türkiyə sammiti ləğv edildi
  26 Noyabr 2015    Oxunub:3241
Rusiya rəhbərliyi dekabrın ortalarında Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv edilməsi barədə qərar qəbul edib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Kommersant” qəzeti kremlə yaxın mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, vurulan təyyarə Rusiya-Türkiyə münasibətlərinin bütün sahələrinə təsir edəcək: “Bundan sonra Türkiyə ilə bağlı istənilən qərar qəbul olunan zamanı bu faciə birbaşa nəzərə alınacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti