Rusiya, Azərbaycan və İran enerji dəhlizinin yaradılmasını müzakirə edəcək

Rusiya, Azərbaycan və İran enerji dəhlizinin yaradılmasını müzakirə edəcək
  21 Fevral 2017    Oxunub:1570
Mart ayında Rusiya-Azərbaycan-İran enerji dəhlizinin reallaşdırılmasının gedişi müzakirə olunacaq.
AzVision.az "Ria Novoski"yə istindən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib.

Nazir bildirib ki, layihə İranın energetika naziri ilə də müzakirə olunub: “Biz razılığa gəlmişik ki, mütəxəssislərimiz mart ayının ortalarında görüşəcəklər və layihənin həyata keçirilməsini müzakirə edəcəklər”.

Qeyd edək ki, “Şimal-Cənub” enerji dəhlizi ilə elektrik enerjisi Rusiyadan Azərbaycana və ölkəmizdən isə İrana ixrac ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti