Rüşvət istəyən direktor tutulub

Rüşvət istəyən direktor tutulub
  23 İyul 2014    Oxunub:896
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan başlanmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti