Rus milyarder Trampın 95 milyonluq evini sökdü

Rus milyarder Trampın 95 milyonluq evini sökdü
  29 Avqust 2016    Oxunub:2727
Rusiyalı milyarder Dmitri Rıbalovlev ABŞ prezidentliyinə namizəd olan Donald Trampdan 95 milyon dollara aldığı malikanəni söküb.
AzVision.az xəbər verir ki, bu barədə `The New York Times` qəzeti məlumat yayıb.

Məlumata əsasən söhbət Palm Beach dairəsində yerləşən 2,4 hektar ərazidən gedir. Ərazidə 5736 kvadratmetr sahəsi olan malikanə, hovuz, tennis kortu və digər tikililər olub.

Rıbalovlevin bu ərazini üç yerə bölərək, daha sonra satmaq niyyətində olduğu bildirilir.

Qəzet yazır ki, Tramp bu ərazini 2004-cü ildə 41 milyon dollara alıb, 2008-ci ildə isə rus biznesmenə satıb. Bu Palm Beach-in əmlak bazarında ən bahalı sövdələşmə olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti