Rus hərbçi Ermənistanda itkin düşdü

Rus hərbçi Ermənistanda itkin düşdü
  28 Fevral 2015    Oxunub:1614
Ermənistan İstintaq Komitəsi tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu, müqavilə əsasında xidmət göstərən Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Afyan Ermənistan vətəndaşıdır.

Cinayət işinin Ermənistan CM-nin 104-ü maddəsi üzrə (qətlə yetirilmə) açıldığı bildirilir. 26 yaşlı A.Afyanın itkin düşməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına onun arvadı müraciət edib. Yerli mənbələrə görə, itkin düşməmişdən əvvəl hərbçi böyük məbləğdə borcu olduğunu etiraf edib.


Teqlər:





Xəbər lenti