Rus artilleriyası Ermənistanda

Rus artilleriyası Ermənistanda
  05 Mart 2015    Oxunub:1620
Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasının təlimləri başlayıb.
AzVision.az-ın Trend-ə istinadən məlumatına görə, təlimlərdə rusların 400 dən çox artilleriyaçısı iştirak edir.

Təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir və martın sonunadək davam edəcək.

Məşğələlər döyüş atışı ilə birlkdə artilleriyaçıların taktiki təlimləri ilə başa çatacaq. Bu zaman dağlıq ərazidə şərti düşmənin obyekt və canlı qüvvəsinin məhv edilməsi tapşırığı yerinə yetiriləcək.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.


Teqlər:





Xəbər lenti