Ruhani “erməni soyqırım”ın 100 illiyinə dəvət edildi

Ruhani “erməni soyqırım”ın 100 illiyinə dəvət edildi
  21 Oktyabr 2014    Oxunub:1750
Ermənistanda səfərdə olan baş nazir Ovik Abramyan İran prezidenti Həsən Ruhani ilə görüşlər keçirib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüş zamanı Həsən Ruhani erməni tərəfinin təşəbbüslərini dəstəkləməyə və birgə layihələri həyata keçirməyə hazır olduqlarını bildirib. Rəsmilər energetika, kənd təsərrüfatı və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəni də müzakirə edib. Abramyan Ermənistanın münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasının tərəfdarı olduğunu bildirib. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanmasının və regionda sabitliyin təmin olmasını vurğulayıblar.

Ermənistan baş naziri Ovik Abramyan görüş zamanı İran prezidenti Həsən Ruhanini gələn il aprelin 24-də Yerevanda “erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək anım mərasiminə rəsmi olaraq dəvət edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti