Ruhani azərbaycanlılara ana dilində təhsil şansı verir

Ruhani azərbaycanlılara ana dilində təhsil şansı verir
  31 May 2016    Oxunub:3111
İran prezidenti Həsən Ruhani ölkədə milli azlıqların öz ana dillərində təhsil almasını dəstəkləyib.
Bu barədə AzVision.az `IRINN`-ə istinadən xəbər verir.

Məlumata əsasən kürdlərin kompakt yaşadığı Mehabadda çıxış edən Ruhani bəyan edib ki, milli azlıqlar öz ana dillərində təhsil almaq hüquqlarından yararlanmalıdırlar.

Onun sözlərinə görə, Prezident Administrasiyası Müdafiə Nazirliyi ilə birgə Konstitusiyanın 15-ci maddəsinin reallaşdırılmasını müzakirə edirlər.

Qeyd edək ki, İran Konstitusiyasına əsasən İranda rəsmi dil fars dilidir, lakin KİV-də milli azlıqların dillərindən istifadə etməyə imkan verilir. Bundan əlavə, milli azlıqların öz dillərində təhsil almaq hüquqları da var.

Xatırladaq ki, İranda 35 milyondan çox etnik azərbaycanlı yaşayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti