Ruhani Bakıya gəlir

Ruhani Bakıya gəlir
  20 Oktyabr 2014    Oxunub:1729
İran prezidenti Həsən Ruhani 2015-ci ilə qədər Azərbaycana səfər edəcək.
AzVision.az-ın “İnterfax”-a istinadən verdiyi məlumata görə, bu barədə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şəhinduxt Mövlaverdi bildirib.

“Hazırda biz Azərbaycan və İran arasında qadın məsələləri üzrə əməkdaşlıq barədə sənəd üzərində çalışırıq. Bu sənədin İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanmasına çalışacağıq Biz qadın məsələləri üzrə əməkdaşlığı hazırda ölkələrimiz arasında olan iqtisadi münasibətlər səviyyəsinə qədər inkişaf etdirməyə hazırlaşırıq.”, – deyə Mövlaverdi bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti