Ruhani yenidən prezident olmaq istəyir

Ruhani yenidən prezident olmaq istəyir
  26 Oktyabr 2016    Oxunub:1565
İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib.

Fəzlinin sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.

Nazir qeyd edib ki, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.

İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti