Rubl yenidən dəyərini itirdi

Rubl yenidən dəyərini itirdi
  27 Yanvar 2015    Oxunub:2451
Bazar ertəsi rublun məzənnəsi əsas dünya valyutalarına nisbətdə yenidən aşağı düşüb.
Dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək azalıb.

Moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb.

Rusiya birja indeksləri də qiymətdən düşməkdə davam edib. Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb.

RTS dollar indeksi isə dəyərinin 5 faizini itirib.


Teqlər:  





Xəbər lenti