Ronaldo ilə bağlı qərar verildi

Ronaldo ilə bağlı qərar verildi
  01 Aprel 2015    Oxunub:2168
"Real"ı nə Beyl, nə də Ronaldo olmadan təsəvvür etmirəm"
"Real Madrid"in prezidenti Florentino Perez Qaret Beyli satmağın planlarına daxil olmadığını bildirib.

Perez uelsli futbolçu üçün gələn heç biri təklifi nəzərdən keçirməyəcəklərini qeyd edib. Klub prezidenti Beyli komandanın aparıcı futbolçusu kimi qiymətləndirib.

"Real"ı nə Beyl, nə də Ronaldo olmadan təsəvvür etmirəm" - deyən Perez hər iki futbolçunun Madrid təmsilçisi üçün əhəmiyyətinə diqqəti çəkib.

Qeyd edək ki, "Manchester United"in Beylə görə 100 milyon avro təklif etdiyi və Ronaldonu da "Old Trafford"a qaytarmağa hazır olduğu deyilirdi.


Teqlər:





Xəbər lenti