Roma Papasından Ebola çağırışı

Roma Papasından Ebola çağırışı
  30 Oktyabr 2014    Oxunub:1153
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 5 mini keçib. AzVision.az- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Roma Papası Francesko da dünyanı dəhşətə gətirən Ebola bəlasından narahat olduğunu dilə gətirib. Ruhani lider bu gün verdiyi açıqlamada virusun aradan qaldırılması üçün dünya ictimaiyyətinə müraciət edərək Afrikanı Ebola ölümündən xilas etməyə çağırıb. Papa Eboladan əziyyət çəkən insanlar üçün dua etdiyini deyib.

Anar





Teqlər:





Xəbər lenti