Roma Papası Türkiyəyə dəvət edildi

Roma Papası Türkiyəyə dəvət edildi
  28 Aprel 2015    Oxunub:1802
Türkiyənin iqtisadiyyat nazirinin müavini Adnan Yıldırım Roma Papası Fransiski Türkiyəyə dəvət edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, papanı “EXPO-2015” Türkiyədəki sərgisinə dəvət edib. İtaliya mətbuatı isə türkiyəli rəsminin bu dəvətini Papanın 12 apreldə keçirdiyi ayində “soyqırım” ifadəsini deməyindən sonra tərəflər arasında buzların əriməsi kimi şərh edib.

Vatikanın `EXPO 2015` Komitəsi və həmçinin Papanın Mədəniyyət Şurasının Rəhbəri Kardilan Qiafranko Ravasi isə A.Yıldırımın açıqlamasından məmnun olduğunu deyib:

“Türkiyəli nazir müavinin açıqlamasını oxudum. Vatikan nümayəndə heyəti EXPO ərzində bir çox tədbirlərə qatılacaq. Açılışdan sonra nümayəndə heyətimiz Türkiyənin dəvətini məmnuniyyətlə qəbul edəcək. Biz də Türkiyə nümayəndə heyətini Vatikanda gözləyirik”.

Qeyd edək ki, Roma Papası Fransiskin Paxsa bayramı ərəfəsində 12 apreldə keçirdiyi ayində 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırım kimi qiymətləndirmiş və bundan sonr Vatikanla Türkiyə münasibətlərində gərginlik yaranmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti