Rəsulzadənin büstü ətrafında müəmma...

Rəsulzadənin büstü ətrafında müəmma...
  30 May 2015    Oxunub:2582
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Məmməd Əmin Rəsulzadənin Gəncədəki büstünə hörmətsizlik edildiyini deyib. Deputat çıxışında bildirib ki, büstün üstünə çuval keçirilib.
Deputatın bu çıxışına həmkarı Musa Quliyev sərt cavab verib. Bildirib ki, Sabir Rüstəmxanlının iradları əsassızdır və büstün üstünə çuval keçirilməyib.

“Ümumiyyətlə, Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adı çəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında “İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gösəl istirahət edir”-deyə M.Quliyev qeyd edib.

Sabir Rüstəmxanlının çıxışına YAP Gəncə şəhər təşkilatından da cavab gecikmədi. Təşkilatın sədri Naqif Həmzəyev Rəsulzadənin abidəsinin yerləşdiyi ərazi Gəncə şəhəri İcra Hakimiyyətinin balansında olmadığını söylədi. Onun szölərinə görə, bunun üçün Nəqliyyat Nazirliyi və Dəmir Yolu İdarəsinə müraciət etmək lazımdır.

Milli Məclisdəki büst qalmqalına “Azərbaycan Dəmir Yolları” QSC məsələyə aydınlıq gətirib.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, sözgüdən park Dəmiryolunun balansından çıxardılıb: “Uzun müddətdir həmin park Dəmiryolunun balansından çıxarılaraq Gəncə şəhər İcra Hakimiyyətinin balansına verilib.

“Həmin sənədləri də icra hakimiyyətinə veriblər. Amma sənədlərə baxılmayıb”.

Sənədlərşdirmənin aparılmadığını deyən N.Əzməmmədov onu da bildirib ki, İcra hakimiyyəti müraciətə baxmadığından park heç kimin balansına keçməyib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti