Rəsul Cəfərov Leyla Yunusun boykotunu boykot etdi

Rəsul Cəfərov Leyla Yunusun boykotunu boykot etdi
  25 İyul 2014    Oxunub:1199
Azərbaycanın uğurlarına sevinə bilməyən bəzi “hüquq müdafiəçiləri” xaricdən yeni qrantlar əldə etmək üçün I Avropa Oyunlarını mümkün qədər siyasiləşdirməyə, hər vəchlə ölkənin imicini ləkələməyə çalışırlar.

Lakin Leyla Yunus və onun yetişdirməsi olan Rəsul Cəfərov pulları bölməkdə mübahisə yaşayıblar. Məsələ facebook müstəvisində qarşılıqlı ittihamlara qədər dərinləşib.

Rəsul Cəfərov Leyla Yunusun I Avropa Oyunlarını boykot çağırışına sərt reaksiya verərək, ona qarşı çıxıb. Bu hərəkəti həzm edə bilməyən Leyla Yunus öz israrında qalmaqda davam edib, əvəzində isə R.Cəfərov onu ictimaiyyət qarşısında açıq debata çağırıb.

Leyla Yunusun həyat yoldaşı Arif Yunusun Rəsul Cəfərovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müqayisə etməsi isə ortalığı daha da qarışdırıb. Arif Yunus sosial şəbəkələrdə Rəsul Cəfərova ironiya ilə yazıb ki, Leyla Yunusu debata çağıranlar çoxdur: “Əvvəlcə Balıq Hafiz bunu istədi, sonra Eynulla (Eynulla Fətullayev nəzərdə tutulur-red.), sonra onun Əkbər adlı işçisi (jurnalist Əkbər Həsənov nəzərdə tutulur-red.), indi də siz”.



Siyasi bazara girişmək istəyən Rəsul Cəfərovun arqumenti budur ki, boykot olsa, bir sıra qrant layihələri əlindən çıxacaq və yenə də işin əziyyətli tərəfi ona qalacaq, lakin əsas gəliri Leyla Yunus götürəcək.

Leyla Yunusun yaxın ətrafından olan jurnalist Şahvələd Çobanoğlu isə Rəsul Cəfərova məsləhət görüb ki, Leyla Yunusa qarşı çıxmasın və ona qarşı kampaniya aparmağı dayandırsın. Rəsul Cəfərov isə bunu onun fikir azadlığının pozulması kimi qiymətləndirib.



Rəsul Cəfərov boykot çağırışının müəlliflik hüququnun da Leyla Yunusda olmadığını deyib və bildirib ki, bunu ondan əvvəl Müsavat Partiyasından Tofiq Yaqublu səsləndirib.

Beləliklə, özlərini “hüquq müdafiəçisi” adlandıran Leyla Yunus və onun yetirmələri merkantil maraqlarının əsiri olaraq qalmaqdadır. Onların qrant uğrunda ictimaiyyət qarşısında belə davam edən gülünc “davaları” isə gerçək kimliklərini ortaya qoymaqdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti