Rəsmi Bakı Qarabağ şərtini açıqladı

Rəsmi Bakı Qarabağ şərtini açıqladı
  25 May 2016    Oxunub:3618
Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir.

AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib.

“Vyana görüşündən sonra Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, görüş münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır. Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir”, - H.Hacıyev deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti