Rəşad Məmmədovu 12 ilədək həbs gözləyir

Rəşad Məmmədovu 12 ilədək həbs gözləyir
  30 May 2015    Oxunub:6675
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov mayın 4-də tutduğu vəzifədən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Hazırda MTN-nin İstintaq təcridxanasında saxlanılan R.Məmmədova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzVision.az-a ötən gün R.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.
Onun sözlərinə görə, keçmiş “bayraqdar”a qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Ümumilikdə Rəşad Məmmədovu neçə il həbs gözləyir?

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquqşünas Namizəd Səfərov isə AzVision.az-a açıqlamasında bildirib ki, Rəşad Məmmədovu dələduzluq məbləğindən və digər ağırlaşdırıcı hallardan asılı olaraq 12 ilədək həbs gözləyə bilər.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti