Rəşad Sadıqov məşqçi diplomu aldı

Rəşad Sadıqov məşqçi diplomu aldı
  30 Yanvar 2017    Oxunub:2515
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom təqdim olunub.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş katib Elxan Məmmədov çıxış edərək məşqçiləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş şəxslərin sırasında “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov, Ağdam klubunun məşqçisi Elçin Rəhmanov, həmçinin yaxın keçmişin tanınmış futbolçuları – Samir Ələkbərov, Cahangir Həsənzadə, Ceyhun Sultanov, Emin İmaməliyev və Mübariz Orucov da yer alıb.



AzVision.az


Teqlər:





Xəbər lenti