Rəqibi Merkeli sıxışdırır

Rəqibi  Merkeli sıxışdırır
  06 Oktyabr 2015    Oxunub:1543
Almaniya kansleri Angela Merkel miqrant böhranından dolayı yeni rəqibi, “Xristian Sosialistləri Birliyi” partiyasının lideri Horst Zeehofer tərəfindən ciddi şəkildə sıxışdırılır.

AzVision.az “Frankfurter Allgemeine Zeitung”a istinadən verdiyi məlumata görə, Almaniya “Xristian Sosialistləri Birliyi” partiyasının lideri Horst Zeehofer əksər çıxışlarında mühacir böhranına, xüsusən də qaçqınların qəbuluna görə, kansler Angel Merkeli sərt tənqid atəşinə tutur. Horst Zeehofer çıxışlarında bildirir ki, miqrantların Almaniyaya qəbulu hamısı Merkelin diktaturası altında reallaşır.

“Dövlətin idarəsi tamamilə nəzarətdən çıxıb. Belə getsə, boş iş yerləri belə tapılmayacaq. Axı, digər insanlar üçün də iş yerləri və resurlar mütləq şəkildə qalmalıdır. Mən mövcud problemin həllində heç bir çıxış yolu görmürəm. İstər “Xristian Sosialistləri Birliyi” partiya üzvləri olsun, istərsə də “Xristian Demokratlar Birliyi” partiyasının üzvləri, hər birimiz çox gözəl bilirik ki, artıq “qayıq” dolub”,- deyə partiya rəhbəri Horst Zeehofer vurğulayıb.

Bütün bu tənqidlərin qarşısında Angel Merkel bildirib ki, “məgər biz icazə verməliyikmi ki, insanlar Aralıq dənizində batıb ölsünlər, onlar bunumu istəyirlər?”

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti