Rəis müavini Bakıda qəzaya düşdü

Rəis müavini Bakıda qəzaya düşdü
  25 Aprel 2015    Oxunub:2385
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini yol-nəqliyyat hadisəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, İdarədən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında baş verib. Sərxoş sürücü maşını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin idarə etdiyi xidməti avtomobilə vurub. Xəsarət alan olmayıb.

Qəzaya səbəb olan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti