Referendum təşviqatı başa çatdı

Referendum təşviqatı başa çatdı
  25 Sentyabr 2016    Oxunub:1396
Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.
AzVision.az xəbər verir ki, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kampaniyasına 3 sentyabrda start verilib.

Təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək yəni sentyabrın 25-i saat 8:00-da dayandırılıb.

Xatırladaq ki, iyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərib. İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verib.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti