Razi Nurullayev Fuad Qəhrəmanlını da ifşa edəcək

Razi Nurullayev Fuad Qəhrəmanlını da ifşa edəcək
  27 Fevral 2015    Oxunub:7578
“Fuad Qəhrəmanlının hakimiyyətə işləməsi barədə iddiaları mən özüm partiya üzvü olanda da eşitmişdim”.

Bu fikirləri AzVİsion.az-a açıqlamasında AXCP-dən istefa verən keçmiş sədr müavini Razi Nurullayev bildirib.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının səsləndirdiyi ittihamlara cavab verən R.Nurullayev keçmiş həmkarının hakimiyyətə işləməsi haqda deyilənlərdən danışıb. O, partiyada olduğu vaxtlarda bu haqda məlumat eşitdiyini deyib:

“Fuad Qəhrəmanlı çox qəribə tərzdə öz həmkarlarının üzərinə gedən siyasətçidir. Mənim haqqımda da çox nalayiq, ona yaraşmayan ifadələr işlədib. Amma mən ona qarşı tolerant olmaq istəyirəm. Vaxtı gələndə mənim də onunla bağlı müəyyən açıqlamalarım olacaq. Özümün onunla bağlı müəyyən planlarım var və işin gedişində açıqlamalarım ola bilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti