Rauf Mirqədirovun şikayəti təmin olundu

Rauf Mirqədirovun şikayəti təmin olundu
  24 İyul 2014    Oxunub:821
Jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində onun müraciəti təmin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Hafta.az-a məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müdafiə tərəfinin müraciətini təmin edib: “Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda Nəsimi Rayon Məhkəməsi tərəfindən (hakim Babək Pənahov) yol verilmiş pozuntunun aradan qaldırılması məqsədilə işi Nəsimi Rayon Məhkəməsinə geriyə qaytarıldı”.

Qeyd edək ki, Rauf Mirqədirovun vəkili Elmar Süleymanov Hafta.az-a bildirib ki, Nəsimi Rayon Məhkəməsi onların yazılı qeydini nəzərə almadığına görə, işin Apelyasiya Məhkəməsindən geri qaytarılması üçün müraciət edilib.


AzVision.az


Teqlər:





Xəbər lenti