Rauf Ağayev həbs xəbərini yalanladı

Rauf Ağayev həbs xəbərini yalanladı
  23 May 2015    Oxunub:3339
"Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar"
“Bank Technique”nin Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.

Rauf Ağayev APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.

R. Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.

Əlavə edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti