Ramiz Mehdiyev AMEA-nın hesabatını dinləyəcək

Ramiz Mehdiyev AMEA-nın hesabatını dinləyəcək
  16 Aprel 2014    Oxunub:863
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncaqda iştirak edəcək.
AzVision.az xəbər verir ki, aprelin 18-i baş tutacaq tədbirdə ötən il AMEA-nın əldə etdiyi nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq.

AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək.
Yığıncaqda Ramiz Mehdiyevlə yanaşı AMEA-nın prezidenti, akademik Akif Əlizadə və nazirliklərin rəhbərləri iştirak edəcəklər.
Tədbir Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti