Ramin Quluzadə tacikistanlı həmkarı ilə görüşüb

Ramin Quluzadə tacikistanlı həmkarı ilə görüşüb
  24 May 2016    Oxunub:1396
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Düşənbədə (Tacikistan) keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovla görüşüb.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi, eləcə də, iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.

Görüşün iki nazirlik arasında əməkdaşlıq əlaqələri, İKT sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.

Görüşdə Rusiya rabitə və kütləvi kommunikasiyalar naziri N.Nikiforov bildirib ki, bu ilin yanvarından R.Quluzadənin nazir vəzifəsinə təyin olunması ilə iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

R.Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti