Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı
  23 İyul 2016    Oxunub:32331
Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
AzVision.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.

Bəhruz Cabbarov bundan öncə Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Bəhruz Cabbarov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qohumudur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti