Ramil Usubovdan yeni rəis təyinatları
Qeyd edək ki, son günlər daxili işlər orqanlarında başqa təyinatlar da həyata keçirilib. R.Usubovun imzaladığı müvafiq əmrlərlə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi, Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinin rəisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin ediliblər. 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov isə sərəncama götürülüb. (APA)
AzVision.az