Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı
  18 Sentyabr 2014    Oxunub:1567
Daxili İşlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
AzVision.az azNews-a istinadən xəbər verir ki, nazir dünən Xətai rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin edib.

Nazirin əmrinə əsasən bu vəzifəyə polis mayoru Vüqar Hüseynov gətirilib. O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.
Xəbəri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təsdiqləyiblər.

Xatırladaq ki, ötən ayın 28-də Ramil Usubov Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Qəhrəman Qələndərovu vəzifəsindən azad edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi müavini vəzifəsinə təyin etmişdi.


Teqlər:





Xəbər lenti