Ramil Usubovdan sələfilərlə bağlı tapşırıq

Ramil Usubovdan sələfilərlə bağlı tapşırıq
  27 Noyabr 2014    Oxunub:2450
`Sumqayıtdakı sələfi dindarların şikayətlərini Ramil Usubovun diqqətinə çatdırdım. Nazir bu haqda tapşırıq verdiyini qeyd etdi`.

Bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. Bu yaxınlarda daxili işlər naziri Ramil Usubovla görüşən E.Behbudov Sumqayıtda saxlanılan sələfilərin şikayətini nazirin diqqətinə çatdırdığını deyib:

“Görüşdə keçirdiyimiz monitorinqlər, saxlanma yerlərinin vəziyyəti, bizə daxil olan müraciətər və pis rəftar məsələlərini nazirin diqqətinə çatdırdım. Sumqayıtdakı sələfi dindarların müraciətlərini də nazin diqqətinə çatdırdım. Nazir isə bildirdi ki, Respublikada heç bir yerdə köhnə saxlanma yerləri qalmayacaq. Saxlanma yerlərinin yeni, müasir standartlara uyğunlaşdıracağını söylədi. Nazir bununla əlaqədar olaraq mənə bildirdi ki, hər kollegiya iclasında o, idarə rəsislərinə tapşırıqlar verir. O, insanların yerli-yersin şöbələrə gətilməməsi, onlara qarşı pis rəftar olunmaması ilə bağlı idarə rəsilərinə tapşırıqlar verdiyini söylədi”.

Qeyd edək ki, bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı videomüraciət yaymışdılar.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti