Ramil Usubova nə sualınız var?

Ramil Usubova nə sualınız var?
  28 Noyabr 2015    Oxunub:2324
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul dekabr ayının 5-də saat 10:00-da Sumqayıt şəhər Polis İdarəsində baş tutacaq.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da Ramil Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti