Ramil Usubov vətəndaşları qəbul edib

Ramil Usubov vətəndaşları qəbul edib
  27 Avqust 2016    Oxunub:1188
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ sakinlərini qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə polis orqanlarının fəaliyyəti, sakinlərin problemləri ilə maraqlanan nazir problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerində öz həllini tapıb.

Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti