Ramil Usubov sabiq rəisə vəzifə verdi

Ramil Usubov sabiq rəisə vəzifə verdi
  28 Fevral 2015    Oxunub:2111
Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.
AzVision.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Sadiq Mədətov Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə müavini təyin olunub.

Qeyd edək ki, S.Mədətov uzun illər Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləyib və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bir müddət əvvəl isə o, nazirin əmri ilə işdən çıxarılaraq sərəncama göndərilib. S.Mədətovun yerinə polis polkovnik-leytenantı İlqar Rüstəmli rəis təyin edilib.


Teqlər:  





Xəbər lenti